Londonun “Queen Mary” Universitetində Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə universitetin Azərbaycan Cəmiyyəti məlumat yayıb. Tədbir universitetə yeni başlayan tələbələr üçün təşkil edilən məlumat xarakterli sərgi çərçivəsində baş tutub.
Sərgidə Azərbaycan stendi böyük maraqla qarşılanıb. Stenddə Azərbaycan və Qarabağa dair kitablar, milli xalçalar və ölkəmizin mədəniyyətini əks etdirən digər nümunələr nümayiş etdirilib. Bundan əlavə, Azərbaycan mətbəxinin zənginliyini əks etdirən şirniyyatlar, xüsusilə paxlava və şəkərbura tədbir iştirakçılarına təqdim olunub. Sərgiyə gələnlər Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olmaq imkanı qazanaraq ölkəmizə maraq göstəriblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London