MDB ölkələrinin mədəni inteqrasiyası güclənir

post-img

Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Mədəni Əməkdaşlıq Şurasının növbəti iclasında ölkəmiz də təmsil olunub. X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədə­niyyət Forumu çərçivəsində reallaşan toplantıda Rusiya, Özbəkistan, Belarus və digər ölkələrin mədəniyyət nazirləri, müvafiq qurumların nümayən­dələri iştirak ediblər.

Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov iclasın birlik ölkələrinin mədəni əməkdaşlığının geniş­lənməsində önəmini belə dəyərləndirdi:

– MDB-yə üzv ölkələrlə digər sahələr­də olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığı davam etdiririk. Budəfəki ic­las göstərdi ki, ölkələrarası mədəni inteq­rasiya yeni mərhələyə qədəm qoyub. Bil­diyiniz kimi, Laçın şəhəri 2025-ci il üçün “MDB-nin mədəniyyət paytaxtı” elan olu­nub. İclasda çıxış edərək, Azərbaycanın bu qərarı yüksək qiymətləndirdiyini bildirdik. 

2025-ci ildə ölkəmizdə keçiriləcək III MDB Oyunları da yaxınlaşmaya böyük imkanlar yaradacaq əhəmiyyətli hadisədir. İdman və incəsənətin həmahəng olduğunu, millətlərarası dialoqun yeni aspektlərini yarada biləcəyini nümayiş etdirmək üçün geniş mədəni proqram hazırlayırıq. 

Qeyd edək ki, mədəni əməkdaşlığın üfüqlərini genişləndirməyə xidmət edən bu cür beynəlxalq incəsənət layihələrinin da­vamlı təşkili mühüm əhəmiyyət daşıyır. 

Ceyhun BALABƏY
XQ

Mədəniyyət