“XVII əsr Azərbaycan əlyazma kitabı”

post-img

AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, filo­logiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğlu­nun bu adda kitabı institutun Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunub. 

Əsərdə əlyazma kitablarının paleoq­rafik və mətnşünaslıq məsələləri işıqlandırı­lıb. Kitabın elmi redak­toru filologiya elmləri doktoru Paşa Kərimov, rəyçiləri professorlar Azadə Musayeva və Kamil Allahyarovdur.

Əsərdə 32 əlyaz­manın ayrı-ayrılıqda təsviri verilib, bu mən­bələrin onların paleoqrafik xüsusiyyətləri, kağızı və filiq­ranı, köçürülmə tarixi və yeri, bədii tərtibatı, kataloqlaş­dırılması, Füzuli əlyazmalarında mətnşünaslıq məsələləri araşdırılıb. Kitab mətnşünaslıqla məşğul olmaq istəyən tədqiqatçılar, doktorantlar, tələbələr üçün dəyərli və ma­raqlı vəsaitdir.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət