“Qələbə nidası”

post-img

Vətən müharibəsinin böyük tarixini, misilsiz əzəmətini, saysız qəhrəmanlıqlarını və bunların fo­nunda Vətənin müqəddəsliyini tərənnüm edən ma­raqlı əsərlərdən biri də yazar Mikayıl Bədəlovun “Qələbə nidası” poemasıdır. 

Bu, müəllifin oxucu­lara ərməğan etdiyi 3-cü kitabıdır. Poema məz­mun yükünə görə həm də salnamə statusu daşıyır. Poemada müharibənin ilk günündən sonunadək ardıcıllığı, bədii epitet­lərlə təsviri, əsgər qəh­rəmanlıqlarının şücaəti mübaliğəsiz, lakin poetik çalarlarla işıqlandırılma­sı şübhəsiz ki, müəllifin geniş erudisiyaya sahib, istedadlı qələm əhli ol­masından irəli gəlir:

Haqq tutur öz yerini,

Ədalət zəfər çalır.

İgid, ərən, əsgərim

Düşməndən qisas alır.

Kitabın redaktoru Elmira Cəzair qızı, ön sözün müəl­lifi Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasovdur.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət