“Vətən” poeması Türkiyədə işıq üzü görüb

post-img

Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylının “Vətən” poeması türk dilində də çapdan çıxıb. Poetik Zəfər dastanını qardaş xalqın dilinə İmdat Avşar çevirib, yayımçı isə Səbuhi Şahmursoydur. 

Ramiz Qusarçaylı qardaş ölkədə işıq üzü görmüş kitabın ilk nüsxəsini qarşılıqlı ehtiram və dostluq sevgisi olaraq Türkiyə­nin Azərbaycandakı səfiri Cahit Bağcıya təqdim edib. Görüş zamanı Azərbaycan şairinin zəfər dastanını yüksək sənət nü­munəsi kimi dəyərləndirən diplomat ortaq ədəbi əlaqələrimizin genişləndirilməsi zə­ruriliyini vurğulayıb. Səfir tanınmış şairə türklük ruhunu tərənnüm edən söz ustasına önəmli fəaliyyətində yeni yaradıcılıq uğur­ları arzulayıb və özünün müəllifi olduğu “Yoxuşun uşaqları” kitabını ona hədiyyə edib.

Ramiz Qusarçaylı səmimi qəbula görə səfirə təşəkkürünü bildirib. O. əbəbi əlaqələri dəsrəklədiyinə görə "MÜSİAD Azərbaycan" İş Adamları Cəmiyyəti İdarə Heyətinin sədri Rəşad Cabirliyə razılığını bildirib.

Qeyd edək ki, Azərbaycanın qəhrə­manlıq tarixindən, onun ən yüksək zirvə­si olan 44 günlük Vətən müharibəsindən bəhs edən “Vətən”poeması ölkəmizdə bö­yük maraqla qarşılandığı kimi, Türk dün­yasında da geniş əks-səda doğurub, yüksək dəyərləndirilib. Xaqlımızın yurd sevgisini və Qarabağ savaşında qələbədən doğan misilsiz təntənəni poetik coşqu ilə sal­namələşdirən bu əsər İstanbulda keçirilən Beynəlxalq Ədəbiyyat Festivalında Tür­kiyə Cümhuriyyətinin “Ziya Paşa Büyük Ödülü”nə, Beynəlxalq Türk Müəllifləri Birliyinin, TÜRKSOY, İLESAM və digər qurumların dəstəyi ilə Bakıda keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festiva­lında “Nizami” medalına, Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqının və “Əmir Teymur” Beynəlxalq Xeyriyyə Fondunun “Turan Birliyi” medalına, Azərbaycan Ya­zıçılar Birliyinin təsis etdiyi “Əhməd Ca­vad” və s. mükafatlara layiq görülüb.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət