Rəsm əsərlərimiz Antalyada

post-img

Türkiyədə fəaliyyət göstərən “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyinin yaranmasının 20-ci ildönümü münasibətilə Antalyada “Beynəlxalq incəsənət görüşü” adlı rəsm sərgisi açılıb.

Sərgi şəhər muzeyinin sənət qalereyasında təşkil edilib. Türkiyə, Azərbaycan, Rusiya, Ukraynadan olan rəssamların əsərlərinin nümayiş olunduğu ekspozisiyada sərgidə Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov, rəssamlar Günəş Abbas, Anar Hüseynzadə, Bənövşə Ağayeva, Sevda Rüstəmova və Təranə Qəmərlinskayanın rəsmləri də yer alıb.   

Tədbirin açılış mərasimində çıxış edən “Saküder”in rəhbəri Ali Eser incəsənətin həyatımızdakı rolundan danışıb, xüsusilə, Türk dünyası rəssamlarının mədəniyyətimizin dünyada birgə təbliğindəki rolunu qeyd edib.

Sərginin açılışında “2024-cü il sənət” mükafatının təqdimetmə mərasimi də keçirilib. Mükafata layiq görülən türkiyəli rəssam Nərmin Ünal çıxışı zamanı müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəhim Məmmədova xüsusi təşəkkürünü ifadə edib.

Avqustun 15-dək davam edəcək sərgidə, ümumilikdə, 24 rəssamın əsərləri nümayiş olunur.

XQ

 

Mədəniyyət