Obrazların ruhunu hiss edən prodüser

post-img

Bütün zamanların ən çox gəlir gətirən “Titanik” və “Avatar” filmlərinin “Oskar” mükafatlı prodüseri Con Landau 63 yaşında vəfat edib. Məlumatı bacısı Tina sosial media səhifəsində təsdiqləyib. Kinorejissor Ceyms Kemeronun uzun müddət prodüser tərəfdaşı olan Landau bir ildən çoxdur ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

C. Kameron “The Hollywood Reporter”-ə verdiyi açıqlamada deyib: - Çox təəssüf ki, bu böyük insan və istedadlı prodüser bizi tərk etdi. O deyirdi ki, bir filmi ərsəyə gətirmək üçün ilk növbədə insan olmalısan. Filmdəki obrazların ruhunu hiss etməlisən”.  

C. Landau bir müddət “20th Century Fox” film istehsal şirkətində icraçı vəzifəsində çalışıb. O, 1997-ci ildə tərəf müqabili Ceyms Kameronla birgə dünya şöhrətli “Titanik” filminin çəkilişlərində yaxından iştirak edib.

Qeyd edək ki, bu filmdən əldə olunan gəlir 1 milyard dolları keçib.

Con Landau daha sonra 2009 və 2022-ci illərdə ekranlara çıxan “Avatar” və filmin  davamı olan “Avatar: Su Yolu” na prodüsserlik edib. Mərhum prodüser, həmçinin “Bal”, “I Shrunk the Kids” və “Dick Tracy” filmləri də daxil olmaqla, bir çox ekran işi nümunələrinin prodüseridir. 

Fidan SALMANOVA

XQ

 

Mədəniyyət