Narkotik vasitələr aşkarlanaraq götürülüb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 6-da və 7-də ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə, həmçinin 142 ədəd metadon həbi və 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. 
Məlumatı DİN mətbuat xidməti verib.  

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Zarağan kənd sakini Ə.Əliyevin evinə baxış zamanı oradan 605 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

 Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərləisə saxlanılan əvvəllər məhkum olunmuş C.Həsənovdan 390 qram marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər