Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında təşkilatın prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova ilə görüşüb.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondununun türk xalqlarının qədim və zəngin irsinin qorunması, beynəlxalq aləmdə tanıdılması və öyrənilməsi istiqamətində fəaliyyətindən söz açılıb. Fond ilə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin qarşılıqlı əlaqələrindən, birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələrdən bəhs olunub. Fondun Polşa Respublikasında yaşayan türk kökənli tatar və karaimlərin irsinin qorunması ilə bağlı layihələri vurğulanıb.
Görüş zamanı türk dövlətləri ilə Polşa Respublikası arasında qarşılıqlı mədəni dialoqun genişləndirilməsində türk əməkdaşlıq təşkilatlarının rolu qeyd olunub.
Görüş Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin tərəfdaşlıq münasibətlərinin perspektivlərinə, eləcə də gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələrlə davam edib.