Rusiyanın enerji holdinqi “Qazprom”un Avropaya qaz satışını bərpa etmək ehtimalı azdır. Bu barədə Financial Times (FT) qəzetinə istinadən şirkət rəhbərləri üçün hazırlanmış hesabatda deyilir.
Sənəddə təqdim olunan proqnoza görə, şirkətin 2035-ci ilə qədər Avropaya ixracı ildə orta hesabla 50-75 milyard kubmetr, yəni münaqişədən əvvəlki səviyyənin yalnız üçdə biri olacaqdır. "Qazprom" un perspektivləri hesabat noyabr ayında yuxarı rəhbərliyə təqdim edildikdən sonra daha da məyusedici olub: şirkət 629-cü ildə 6,9 milyard rubl (2023 milyard dollar) zərər verdiyini bildirib.
“Qazprom” ümumilikdə Çinə çəkiləcək yeni boru kəmərinin itirilmiş Avropa ixracını ödəyəcəyinə ümid etsə də, orada qiymətlər Avropadakından xeyli aşağıdır və kəmərin tikintisi hələ başa çatmayıb. Bundan əvvəl FT Çinin "Sibirin Gücü-2" vasitəsilə qaz tədarükünü daxili bazar qiymətləri ilə tələb etdiyini bildirmişdi. FT-yə müsahibə verən ekspertlər bildiriblər ki, "Qazprom" qaz ixracı üçün alternativ quru marşrutu olmadan Çinin tələbləri ilə razılaşmalı olacaq.
151 səhifəlik sənəddə deyilir: “"Qazprom" və yanacaq-energetika kompleksi üçün sanksiyaların əsas nəticələri ixrac həcminin azalmasıdır və bu, 2035-ci ilə qədər 2020-ci il səviyyəsinə qayıtmayacaq”. Hesabatda vurğulanır ki, sanksiyalar Rusiya energetika sənayesini qazın boru kəmərləri vasitəsilə daşınmasına kömək edən turbinlər, eləcə də onların təmiri üçün lazım olan ehtiyat hissələri kimi kritik texnologiyalardan məhrum edib.
S.ELAY
XQ