Türk Mətbəxi Həftəsi-Egey ləzzətləri

post-img

Türkiyənin tarixi kimi  qədim ənənlərə sadiq Anadolunun da özünəməxsus mətbəxi var. Bu dəfə bu qədim ənənlərə malik mətbəx  21-27 May 2024-cü il tarixlərində Türk Mətbəx Həftəsi çərçivəsində bütün dünyaya tanıdılacaq. Artıq üçüncü ildir ki, hər il təşkil edilən Türk Mətbəx Həftəsi, Türkiyə Cümhuriyyətinin xaricdəki və Türkiyədəki nümayəndələrinin təşkil etdiyi tədbirlərə və sosial media kampaniyalarına ev sahibliyi edir. Hər zaman Türk Mətbəxi Həftəsi boyunca Türk mətbəxinin ləzzətli, sağlam, ənənəvi və tullantısız reseptləri vurğulansa da, bu ilki beynəlxalq tədbirlərdə türk mətbəxi canlı Egey üslubunda  təqdim ediləcək.

Tarix, mədəniyyət və təbiəti birləşdirən Egey ləzzətləri

Yaşıl və mavinin tandemi  olan Türkiyənin Egey sahili möhtəşəm mənzərəsi, köklü tarixi və sağlam yemək mədəniyyəti ilə diqqət çəkir. 2010-cu ildə UNESCO Aralıq dənizi pəhrizini bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanıyıb. Bu sahil bölgələri növbənöv çiçəkləri, yerli otları, tərəvəzlər və bol dəniz məhsulları ilə məşhurdur. Egey bölgəsi həm də uzun ömrün sirri olan çoxəsrlik zeytun ağacları və zeytun yağları ilə məşhurdur. Bu zeytun bağları Çanaqqaladan Muğlaya kimi uzanaraq, bölgənin  zeytun yetişdirilməsi ilə genişlənən mədəni irsini ortaya qoyur. Bölgədə İzmir və Milas Avropa Şurası tərəfindən qeydə alınan “Zeytun Ağacının Marşrutları”nın iki dayanacağı kimi seçilir. Anadolunun ən qədim zeytun yağı emalatxanasına ev sahibliyi edən Urladakı qədim Klazomenaidə tapılan tapıntılar zeytun emalı üsullarının bu gün də istifadə edilən 2600 illik tarixini təsdiqləyir.

Türk mətbəxinin üç əsas xüsusiyyəti var: ənənəvi, sağlam və tullantısız. Təzə və yerli məhsullar ənənəvi reseptlərə, bişirmə texnikasına və müasir təqdimat üsullarına cavab verir. Türk mətbəxinin əsasını adət-ənənələr təşkil edir. Orijinal reseptlər nəsildən-nəslə, nənələrdən analara, qızlara və oğullara ötürülür! Ənənəvi yemək üsulları yeməyin reseptdə təklif edilən kimi çıxmasını təmin edir. Bu o deməkdir ki, siz yüz illər əvvəlki orijinal yeməyi dada bilərsiniz.

Türkiyənin Ege bölgəsi ləzzətli zeytun yağı məhsulları və ətrafdakı üzüm bağları ilə məşhurdur. Son illərdə bölgədə açılan restoranlarda dayanıqlı istehsal üsulları ilə yaxınlıqdakı sahələrdə yetişdirilən məhsulları birbaşa süfrələrə çatdırmaqla yanaşı, kulinariya möcüzələri yaradan yenilikçi aşpazlar da yetişib.

Türk Mətbəxi Həftəsi çərçivəsində beynəlxalq tədbirlərdə təqdim olunan Egey menyusu uzun müddətdir sağlam, davamlı, Aralıq dənizi tərzi pəhrizin vurğulandığı bölgənin bolluğunu simvolizə edən reseptlərdən ibarətdir. Egey zeytun və pendirləri, tarhana şorbası, paxlalı püresi, mücver (kabak/qabaq köftesi), zeytunyağlı yaşıl lobya, zeytunyağlı bibər dolması, gözləmə və göyərti ilə digər xəmir məmulatları, krevet güveç, İzmir tipli küftə, incir uyutması ( süd və quru əncir pudinqi), somata (acı badam şərbəti) və sübye (qovun toxumu şərbəti) menyuda yer alan seçimlər arasındadır.

Türkiyə mətbəxi öz ənələrini bu gün də davam etdirir.  Məhz bu ənənələrin bu gün 81 əyalətdə  davam etdirildiyinin şahidiyik.   Türk Mətbəxi Həftəsi çərçivəsində ölkədaxili tədbirlərdə coğrafi göstəriciləri olan Türkiyə məhsullarının yer aldığı menyular da təqdim olunacaq. Türkiyənin müxtəlif bölgələrindən və vilayətlərindən coğrafi olaraq işarələnmiş məhsullar nümayiş etdirləcək.

Türkiyənin Türk Patent İnstitutu tərəfindən qeydiyyatdan keçmiş 2218 məhsulu var ki, bunlardan 1637-si mənşə nişanı, 565-i coğrafi göstərici, 16-sı isə ənənəvi ixtisas zəmanətli məhsullardır.

XQ







Mədəniyyət