Tələbə musiqiçilərin Ulu öndərin xatirəsinə sənət töhfəsi

post-img

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Milli Konservatori­yasının nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olun­muş konsert keçirilmişdir.

Kollecin direktoru Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov müxbi­rimizə bildirib: 

Son 3 ayda bu konsert proqramı­na ciddi hazırlıqlarımız, nəhayət, başa çatdı və bu sınaqdan da uğurla çıx­dıq. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi Lide­ri olub. Xalqımızın yetişdirdiyi elə dahi şəxsiyyətlər vardır ki, onların həyat və fəaliyyətləri, qoyub getdikləri zəngin irs daim yad edilir və gələcək nəsillər ondan bəhrələnirlər. Belə şəxsiyyətlərdən biri də xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, bu illər ərzində xalqımı­zın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi Ulu öndərin adı ilə sıx bağlıdır. Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, eləcə də incəsənətinin və musiqisinin inkişa­fına Heydər Əliyevin göstərdiyi diqqət və qayğı indi də öz bəhrəsini verməkdədir. 

Azərbaycanda musiqi təhsili verən məktəbdə azərbaycanlı balalarının oxu­ması Üzeyir Hacıbəylinin ən böyük arzu­su olub. O, musiqi təhsili arzusunda olan azərbaycanlıların bu arzu və istəklərini həyata keçirməyə çalışırdı. Bu böyük ar­zunun həyata vəsiqə almasında Ulu öndə­rin böyük qayğısı həmişə bizə qol-qanad verib, yaradıcılıq uğurlarımızın möhkəm­lənməsində musiqiçilərimizə geniş imkan­lar yaradıb. Ulu öndərin müəyyən etdiyi Azərbaycanın inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

2001-ci ildən Azərbaycan Milli Kon­servatoriyası nəzdində Musiqi Kolleci kimi fəaliyyətimizi davam etdiririk. Bu gün Azərbaycan Dövlət Akademik Filar­moniyasında tələbələrimizin ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konserti Ulu öndərin xatirəsinə dərin hörmətimizin nümunəsidir. 

Əlavə edəki ki, Konsertdə Azərbay­can Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artis­ti Ağaverdi Paşayevin, Əməkdar artist, dirijor İlahə Hüseynovanın müşayiətilə gənc istedadlar öz ifalarını təqdim et­dilər. Həmçinin bəstəkar Fikrət Əmirovun “Azərbaycan elləri”, Səid Rüstəmovun “Alagöz”, Oqtay Kazıminin “Məhəbbət” əsərləri tələbələr tərəfindən ifa olunub. Respublika müsabiqəsi laureatı, II kurs tələbəsi İradə Məmmədova Baba Vəzi­roğlunun “Azərbaycan” şeirini söylədi.

Konsert proqramında Avropa bəstə­karlarının da əsərləri səsləndirildi.

XQ





Mədəniyyət