Soydaşımız “Bogema”nın vətənində baş rolda

post-img

Azərbaycan Dövlət Opera və Balet Teat­rının solisti, Əməkdar artist Afaq Abba­sova İtaliyada görkəmli italyan bəstə­karı Cakomo Puççininin “Bogema” operasında çıxış edib.

Xatırladaq ki, istedadlı sənətçi əv­vəllər Bakı səhnəsində də “Bogema”nın aparıcı partiyalarını ifa edib. Bu dəfə isə opera Apennin ölkəsinin Torre del Laqo şəhərində tanınmış rejissor Qri­ça Asaqarov və dirijor Marko Severinin rəhbərliyi ilə Böyük Puççini Teatrında səhnələşdirilib. Tamaşada baş roldakı Mimi obrazını Afaq Abbasova ifa edib.

Əməkdar artist İtaliyada və digər ölkələrdə səhnələşdirilən tamaşalarda çıxışından və ölkə­mizi təmsil etməkdən məmnun­luğunu ifadə edib. Bildirib ki, ta­maşa davamlı olaraq İtaliyanın Lukka şəhərindəki Teatro del Giglioda və digər şəhərlərdə şəhnələşdirilir. Tamaşanın gələ­cəkdə kiçik formatda Bakıda səhnələşdirilməsi nəzərdə tutu­lur.

XQ

Mədəniyyət