“Azərbaycan İrəvanı” sənədli filmin yaddaşında

post-img

Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə “Fortis Construction” şirkətinin layihəsi çərçivəsində ərsəyə gətirilmiş “Azərbaycan İrəvanı” filmində İrəvan tarixindən təxminən yüz il əvvəlki dövrünə “səyahət” edilir. 

Təqdimat mərasimini açan Bakı Ki­tab Mərkəzinin direktoru Günel Rzayeva tarixi irsimizin qorunmasına yönəlmiş bu layihəyə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edib. Filmin müəllifi və aparıcısı Fuad Axundov bildirib ki, bu film onların yaradıcı qrupu­nun 10-cu layihəsidir. Bu dəfə əsas mə­ram İrəvanın qədim Azərbaycan şəhəri olduğunu əsaslı şəkildə göstərməkdir. 

Filmin elmi məsləhətçisi, Gürcüs­tan Milli Muzeyinin Tarix və Etnoqrafiya İnstitutunun direktoru, “İrəvan xanlığı” kitabının müəllifi Eldar Nadiradze çəki­liş prosesinin özəlliklərindən bəıhs edib: “Mən belə bir nəticəyə gəlmişəm ki, Azər­baycan xalqı dünya sivilizasiyasının xə­zinəsində görkəmli yer tutan möhtəşəm mədəni irsin yaradıcısıdır”.

Daha sonra rejissoru Mirsadıq Ağa­zadə, prodüseri Səbinə Uluxanova olan film nümayiş olunub. Ekran əsəri vaxtilə çiçəklənən İrəvan xanlığının və İrəvan qalasının demək olar ki, tamamilə məhv olunmuş Azərbaycan mədəni, tarixi və in­san amili irsi ilə birlikdə müasir dövrünün təxminən yüz illik tarixindən bəhs edir. Ekran əsəri Azərbaycan subtitrləri ilə rus dilində hazırlanıb.

XQ

Mədəniyyət