Nəğməli ədəbi məclis

post-img

Dünən tanınmış şair İlham Qəhrəmanın “Laçın lətifələri” və “Dəyirmanın su dərdi” kitablarının imza mərasimi oldu.

Məclisi giriş sözü ilə açan Aşıq Nəbi Nağıyev İlham Qəhrəmanın yeni kitab­larında toplanmış şeirlərin mövzu və poetik xüsusiyyətləri barədə məlumat verdi. 

Şairlərdən Kamil Vəfadar, Əlisə­mid Kür, alim Ələmdar Şahverdiyev, professor Şikar Qasımov və digərləri özünəməxsus obrazların, bədii tapın­tıların, bənzərsiz ifadə tərzinin İlham Qəhrəman poeziyasını səciyyələndirən amillər olduğunu bildirdilər. Onlar bu poetik nümunələrin xalq şeiri ruhunda yazıldığını vurğuladılar, eləcə də hər iki kitabda müasir poeziyamızın ədəbi normalarının yüksək səviyyədə cavab­landırıldığını qeyd etdilər.

Aşıqlar Çingiz Mehtipur, Nazim Gədəbəyli, Qızqayıt Kəlbəcərli, Ramin Qarayev, Təbriz Vəliyev, Bəhmən Göy­çəli, Nəbi Nağıyev istedadlı şairin şeir­lərinə bəstələnmiş mahnıları ifa etdilər.

İlham Qəhrəman tədbir iştirakçıla­rına dərin təşəkkürünü bildirdi, sonra müəllifin imza mərasimi keçirildi.

Fuad CƏFƏRLİ
XQ

Mədəniyyət