Həvəskar aktyorların festivalı

post-img

Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən laboratoriyaların “Baxış - 4” festivalına start verilib.

Açılış mərasimində Teatr Xadimləri İttifaqının sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov festivalın əhəmiy­yətindən danışıb: “Festivalın keçirilmə­sində məqsəd laboratoriyalarda məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları göstərməsinə şarait yarat­maq, onları yeni axtarışlara ruhlandır­maqdır. Eyni zamanda, teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaş­dırmaq əsas prinsiplərdəndir. Budəfəki festivalda, demək olar, iştirakçıların bö­yük əksəriyyəti digər sahələrdə fəaliyyət göstərən teatrsevərlərdir”. 

Sonra “Gözəllik kraliçası” adlı tama­şa nümayiş olunub. Quruluşçu rejissoru Könül Şahbazova olan səhnə əsərində rolları Gülər Ləzgiyeva, Sovqat Səmədo­va, Mehman Piriyev və Toğrul İsabəyli ifa ediblər. Tamaşanın musiqi tərtibatı Qur­ban Əhmədova məxsusdur.

XQ

Mədəniyyət