Bakının caz qrupu Brüsseldə

post-img

Bu günlərdə Brüsseldə müxtəlif məkan­larda Brüssel Caz Festivalı keçirilir. Yanvarın 20-dək davam edəcək bu caz bayramına töhfə vermək və Azərbaycanın məşhur caz məktəbini Avropada tanıtmaq məqsədilə pianoçu-bəstə­kar, Xalq artisti Salman Qəmbərov və “Bakustik caz” qrupunun konserti təşkil edilib. Konsert Belçikadakı səfirliyimizin dəstəyi ilə caz pərəs­tişkarlarının ən sevilən məkanlarından biri olan Brüsselin “The Music Village” caz klubunda təşkil edilib.

Konsertin belçikalı təşkilatçısı Kevin Van Nuffel açılış nitqində musiqinin ölkələr arasında mədə­niyyət körpüsünün yaradılmasında əhəmiyyətli rol oynadığını qeyd edib, Azərbaycan caz məktəbinin tarixi haqqında məlumat verib.

İl ərzində 300-dən çox canlı konsertə ev sahib­liyi edən “The Music Village” caz klubunun daimi dinləyiciləri bu dəfə Azərbaycan etno-caz janrı ilə yanaşı, musiqiçilərimizin ifasında 1930-cu ildə re­jissor Mikayıl Mikayılov tərəfindən ekranlaşdırılmış “Lətif” (“Üz-üzə”) filmi üçün Salman Qəmbərov tərəfindən bəstələnmiş eyni adlı kompozisiyanı dinləyiblər.

XQ

Mədəniyyət