Türkiyəli nazir: Kosmosa ilk uçuşun gecikmə olmadan baş tutacağına ümid edirik

post-img

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacir təxirə salınan ilk kosmos uçuşu çərçivəsində həyata keçiriləcək texniki nəzarətdən müsbət nəticələrə ümid etdiyini bildirib. Uçuşun daha gecikmə olmadan baş tutacağına ümid etdiyini ifadə edərək, o, əlavə edib: "Heç olmamaqdansa, gec olmaq yaxşıdır". Məlumatı “Anadolu” verib. 

İlk türk astronavtı Alper Gezeravcının kosmosa uçuşunda iştirak etmək üçün ABŞ-ın Florida ştatında səfərdə olan nazir canlı yayımda “Anadolu”nun müxbirinin suallarını cavablandırıb.

İlk türk astronavtının kosmosa səyahətinin başlamasına təxminən 7 saat qalmış uçuşun təxirə salındığını xatırladan nazir bu missiyanın türk elm tarixi baxımından çox dəyərli olduğunu qeyd edib: “Bütün Türkiyə bu hadisəni gözləyir. Bu həyəcanı bütün xalq paylaşır. Bu, millətimizin çoxdan gözlədiyi bir missiyadır. Türkiyə ilk dəfə kosmosa insan uçuşunu həyata keçirəcək. Prezidentimizin 2021-ci ildə dünyaya elan etdiyi Milli Kosmos Proqramı çərçivəsində ilk dəfə olaraq astronavt göndəririk”.

Kacir, müşahidələrinə görə, astronavtın çox cəsur, qətiyyətli və tarixi missiyasına hazır olduğunu söyləyib: “Ümumi həyəcana baxmayaraq, sakitdir”. Onun sözlərinə görə, Türkiyənin ilk astronavtının uzun illər Türkiyə Hərbi Hava Qüvvələrində reaktiv pilot kimi şərəflə xidmət etdiyini xatırladıb.

P.ƏMİRCANOV
XQ

Dünya