Milli turizmin COP29 çağırışları

post-img

Dünən Bakı Konqres Mərkəzində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum keçirilib.

Turizm sahəsi üzrə ixtisaslaşmış agentliklərinin təmsilçilərini bir araya gətirən forumda sözügedən sektorun uğurları və perspektivləri nəzərdən keçirilib. Assosiasiyanın İdarə Heyəti­nin sədri Göydəniz Qəhrəmanov çıxı­şında ötən ilin ölkə turizmin inkişafı üçün uğurlu olduğunu və turizmin qey­ri-neft sektorunun bir qolu kimi xüsusi mərkəzə çevrildiyini bildirib. Müstəqillik dövründə Ümummilli lider Heydər Əliye­vin turizmə ayırdığı xüsusi diqqət sayə­sində bu sahənin tərəqqi mərhələsinə qədəm qoyduğunu söyləyən sədr deyib ki, Prezident İlham Əliyev qayğısı ilə tu­rizm sahəsi daha da inkişaf edib və bey­nəlxalq aləmə inteqrasiyası güclənib. 

Natiqin sözlərinə görə, pandemiya dövrü nəzərə alınmasa, Azərbaycana səfər edən əcnəbilərin sayı son illər 3 dəfə artıb. Mehmanxana və meh­manxana tipli gecələmələrin sayında 8 dəfə artım müşahidə olunub.

Azərbaycan Hotel Assosiasiyası İdarə Heyətinin sədri Eldar Əlimuradov rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edərək deyib ki, ölkə rəhbərliyinin bu sahəyə önəm verməsi turizm sekto­runda canlanmaya səbəb olub. Onun sözlərinə görə, 2011-ci ildən sonra tu­rizmin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycanda bir çox bey­nəlxalq hotel brendləri təmsil olunur. Hazırda ölkəmizdə 757 hotel fəaliyyət göstərir. Postpandemiya dövründə ho­telçilik sahəsi yenidən dirçəlib. 

Azərbaycan Turizm Bələdçiləri As­sosiasiyasının Baş katibi Tural Musa­yev bələdçilik fəaliyyətinin turizmin inki­şafına təkan verən əsas xidmət sektoru olduğunu qeyd edib. O bildirib ki, ötən dövr ərzində ölkəmizdə turizm bələd­çilərin sayı 9 dəfə artıb.

Azərbaycan Turizm Blogerlə­ri Assosiasiyası İdarə Heyətinin sədri Azər Qəribov səyahət etdiyi ölkələrin adət-ənənələri və fərqli xüsusiyyətlə­rindən söhbət açaraq, Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsinin əhəmiyyəti barədə danışıb.

Forum çərçivəsində turizm sənaye­sində ixtisaslaşmış assosiasiyalar birgə bəyanat qəbul ediblər. Sənəddə dövlət başçısının apardığı siyasətə tam dəstək ifadə olunub. Sonra forum işini “Turiz­min inkişafında biznes-dövlət əməkdaş­lığı, son 20 il ərzində əldə edilən uğur­lar” və “COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözlən­tilər” adlı panel müzakirələrlə davam etdirib.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət