Çağdaş “Turan sevdalısı”

post-img

Türk dünyasında araşdırmaları ilə məşhur olan folklorşünas, publisist Əli Şamilin yaradıcılığına həsr edilən “Turan sevdalısı” məqalələr toplusu soydaşımızın ədəbiyyat tarixi, türkologiya və publisistika ilə bağlı dəyərli tədqiqatlarına işıq tutan yeni bir təqdimatdır. 

Əli Şamil elmi-publisistik yaradıcılı­ğı ilə yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında tanınan alimlərdəndir. O, Türk xalqlarının yaşadığı əraziləri qarış-qarış gəzib, zəngin materiallar top­layıb, bu da onun tədqiqatlarının məz­mununa ciddi təsir göstərib. Onun “Türk­çülüyün qurbanları”, “Quzey Kıbrıs”, “Uyğur, qaqauz, Quzey Qafqaz türkləri­nin folkloru və ədəbiyyatı”, “Colan türk­manları”, “Qaşqaylar və onların folkloru”, “Parçalanmış Türküstanı gəzərkən”, “Qı­rım sevgisi” adlı araşdırmalarından da Əli Şamil yaradıcılığının necə geniş bir çoğ­rafiyanı əhatı etdiyi görünür. 

Kitaba “Turan yolçusu” adlı ön söz yazan filologiya elmləri doktoru, profes­sor Vaqif Sultanlı Əli Şamilin yaradıcılığı­nı belə qiymətləndirir: “Tarixin və taleyin axarında dünyaya səpələnmiş türk top­lumunun yurd saldığı elə bir yer yoxdur ki, Əli Şamil ora baş çəkməsin. Getdi­yi, gəzdiyi, qonaq olduğu yerləri Böyük Vətənin bir hücrəsi kimi sevdiyi, bağlan­dığı və tanıtdığından araşdırmaları elmi yönü ilə yanaşı, milli mahiyyət daşıyır. Bu səpkili yazılarının ən mühüm özəlliyi isə uzun illər yad güclərin əlilə ayrı salınmış, müxtəlif adlarla parçalanmış, bir-birinə qarşı qoyulmuş Türk xalqlarını Türk Dün­yasının ayrılmaz bir parçası kimi təqdim etməyə çalışmasıdır”.

Azərnəşrdə işıq üzü görən kitabın elmi redaktoru və tərtibçisi filologiya elm­ləri doktoru, professor Almaz Həsənqızı, rəyçiləri filologiya elmləri doktoru, profes­sor Bədirxan Əhmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Sürəyya Sulta­novadır. Kitaba Əli Şamilin yaradıcılığı ilə bağlı aparılan tədqiqatlar və xatirələr daxil edilmişdir. 

XQ

Mədəniyyət