Qərbi Azərbaycanın ədəbi mühiti “Ədəbiyyat qəzeti”ndə

post-img

Ədəbiyyatı sevən hər kəsin böyük maraqla oxuduğu “Ədəbiyyat qəzeti”nin 2023-cü ildə son nömrəsi Qərbi Azərbaycan İcması ilə birgə layihə əsasında xüsusi buraxılış kimi nəşr olunub.

Böyük Turan ideyasının mədəni xəyaldan siyasi gerçəkliyə çevrildiyi hazırkı dönəmdə həyatımızın mühüm bir mərhələsi yaşanır. Bu, Qərbi Azər­baycan mərhələsidir. Qəzetin xüsusi buraxılışının bütünlüklə “Qərbi Azərbay­can” adlanması ölkə başçısı İlham Əli­yevin Qayıdış Konsepsiyasının həyata keçirilməsində hər bir düşüncə adamı­nın, ziyalının da payı olmasını özündə ehtiva edir. Qəzetin hər səhifəsindən bu fikir qırmızı xətlə keçir ki, möhtərəm Pre­zidentimizin Qərbi Azərbaycan məsələ­si, əzəli torpaqlara qayıdışla bağlı çağı­rışlar səsləndirməsinin əsasında yeni milli təfəkkürün, təzələnən diskursun və məfkurə dalğasının düşüncədə və əməldə ifadəsini görmək istəyi dayanır.

Baş redaktor Azər Turan “Ədəbiy­yatda həsrət mədəniyyət hadisəsidir, yaxud yeni tariximizin Qərbi Azərbay­can mərhələsi” adlı məqaləsində ya­zır: “Qarşıdan Azərbaycanda prezident seçkiləri gəlir. Milli tariximizin ən məsul dövründəyik. Budəfəki seçki fevral ayı­na təsadüf edəcək – Turan düşüncəsini ilk dəfə siyasi gündəmə gətirən Əli bəy Hüseynzadənin doğum tarixinə. Seç­kilər ərəfəsində böyük mütəfəkkirin 160 yaşı tamam olacaq... Turan romantik idealları gerçəkləşdirməklə hasilə gəlir. Turan məfkurəsinin qurucusu Əli bəy Hüseynzadənin 170 illik yubileyinə – Bakıdan İstanbula XXI yüzilin mədəniy­yət yoluyla – Zəngəzur yoluyla getmək hamımızın arzusudur...”

Xüsusi buraxılışda Elnarə Akimo­vanın “Prezident İlham Əliyevin Qər­bi Azərbaycana qayıdış konsepsiya­sı: məsuliyyətimiz və vəzifələrimiz”, Alqış Həsənoğlunun “Prezident mütləq deyəcək: “Birinci kəndimiz Nüvədi!”, Səyyad Aranın “İrəvana gedən yollar” (romandan parça), Məmməd Orucun “Göyçədən Türk dünyasına (Aşıq Ələs­gər haqqında)”, Xalq şairi Vahid Əzizin “Dərələyəz” (poemadan parça), İftixar Piriyevin “Qədim, fədakar sənət ocağı – İrəvan Dövlət Azərbaycan Dram teatrı”, Paşa Qəlbinurun “İrəvanda qalan uşaq” (esse), Fəridə Səfiyevanın “Milli varlığı­na bağlı alim – Heydər Hüseynov”, Mə­tanət Vahidin “Mirəli Seyidovun mifoloji tədqiqatları çağdaşlıq müstəvisində”, Kənan Hacının “Ədəbiyyatımızda “köç” ağrısı (Fərman Kərimzadə, Məmməd Oruc və Hidayətin əsərləri əsasında) və digərlərinin maraqlı yazıları yer alıb. Bədii nümunələrə də geniş yer verilib. 

Ə.NƏCƏFXANLI
XQ

Mədəniyyət