Qədim qitənin mədəniyyət paytaxtları

post-img

2024-cü il üçün Avropanın mədəniyyət paytaxtı olan şəhərlər açıqlanıb.

Avropa Parlamentinin "X" hesabında bu barədə edilən paylaşımda bildirilib ki, Bad İşl (Avstriya), Tartu (Estoni­ya), Bodo (Norveç) bu il üçün Avropanın mədəniyyət pay­taxtları elan olunub.

Qeyd edək ki, “Avropanın mədəniyyət paytaxtı” təşəb­büsü 1985-ci ildə hazırlanıb və bu günə qədər Avropa İt­tifaqı (Aİ) və ondan kənarda 60-dan çox şəhər bu statusa layiq görülüb. 2023-cü ildə Avropanın mədəniyyət pay­taxtı olan şəhərlər isə Elef­sina (Yunanıstan), Vesprem (Macarıstan), Timişoara (Ru­mıniya) olub.

XQ

Mədəniyyət