Türk Dünyası Kinematoqrafçılar Birliyi yaradıldı

post-img

Daşkənddə Türk Dünyası Kinematoqrafçılar Birliyinin (TÜRKFİLM) yaradılması haqqında bəyannamənin imzalanma mərasimi olub. Məlumatı “Anadolu” verib.

Özbəkistanın paytaxtında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TÜRKSOY-dan nümayəndələrin qatıldığı toplantı keçirilib.

Görüş zamanı ümumi türk kino sənayesi məsələlərinə dəstək veriləcək, türk dünyasının zəngin mədəni irsini əks etdirən filmlərin istehsalının stimullaşdırılması, birlik və qardaşlığın möhkəmləndirilməsi məqsədilə TÜRKFİLM-in yaradılmasına dair niyyət bəyannaməsi imzalanıb. İclas iştirakçıları yekdilliklə Özbəkistan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya Agentliyinin sədri Firdavs Abduxalikova TÜRKFILM Baş Assambleyasının 1-ci iclasına hazırlıq işlərinin aparılması və tərəflər arasında koordinasiyanın təmin edilməsi səlahiyyəti veriblər.

Öz növbəsində TÜRKSOY-un baş katibi Sultan Raev kino sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün TÜRKFILM-in strukturuna və zəngin türk mədəniyyətinin daha geniş auditoriyaya çatdırılması baxımından kinematoqrafiya əsərlərinin potensialına diqqət çəkib. 

Raev TÜRKFİLM-i yaranması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Bundan əvvəl TÜRKSOY-un baş katibinin rəhbərliyi ilə türk dünyasının birliyini və həmrəyliyini gücləndirəcək birgə layihələri dəstəkləmək, zəruri mexanizmləri yaratmaq məqsədi ilə TÜRKSOY-a üzv ölkələrin peşəkarlarının daxil olduğu işçi qrupu yaradılmışdır. Türk film sənayesi üçün zənginləşdirmə və ortaq layihələr hazırda həyata keçirilir.

Daşkənd, Bakı və Səmərqənddə keçirilən işçi görüşlər nəticəsində türk dünyası kino xadimlərini birləşdirəcək birliyin yaradılması barədə razılıq əldə olunub.

 

P.ƏMİRCANOV

XQ

Mədəniyyət