Beynəlxalq Rumi konfransı

post-img

Şimali Kipr Türk Cümhuriyyəti Yaxın Şərq Universiteti Rumi Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə Şərqin mütəfəkkir şairi Mövlana Cəlaləddin Rumi­nin vəfatının 750-ci ildönümü münasibətilə beynəlxalq elmi konfrans keçirilib.

Şimali Kiprin Yaxın Şərq Universitetində baş tutan 8-ci beynəlxalq Rumi konfransında Şimali Kipr, Türkiyə, Azərbaycan, İran, Taci­kistan, Özbəkistan, Pakistan, Türkmənistan, Rusiya, Bosniya və Herseqovina, İraq, Misir və Braziliyadan alim və tədqiqatçılar iştirak edirdilər.

Konfrans açılış mərasimi və plenar iclas­dan sonra panellərdə məruzə və müzakirələrlə davam edib.

Nizami Gəncəvi adına Milli Azərbay­can Ədəbiyyatı Muzeyinin əməkdaşları da konfransa distant formada qoşularaq mə­ruzələrlə çıxış ediblər. Muzey əməkdaşlarının iştirak etdiyi bölmə öz işinə tarix elmləri dok­toru, professor Şahin Fərzəliyev “Cəlaləddin Rumi və Şəms Təbrizinin dostluğu və Mövla­nanın “Xamuş” təxəllüsü ilə bağlı bəzi qeyd­lər” məruzəsi ilə başlayıb. Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçi­si, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “Mövlana Cəlaləddin Ruminin poeziyası dün­ya xalqlarını birləşdirən bir dəyər kimi”, Qə­dim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərmin Əli­yeva isə “Cəlaləddin Rumi rübailərinin rübai ənənəsi kontekstində özünəməxsus yeri” adlı məruzələrlə çıxış ediblər. 

XQ

Mədəniyyət