Filarmoniyada “Qarabağ inciləri”

post-img

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən “Qarabağ inciləri” adlı konsertdə bəstəkar İlyas Mirzəyevin əsərləri səslənib.

Filarmoniyadan bildirilib ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikası­nın Əməkdar artisti Fuad İbrahimov) müşayiəti ilə solistlər İlyas Mirzəyev (piano), Olgu Kızılay (violin, Türkiyə) və Nuran Bəkir (balaban) çıxış ediblər.

N.AYTƏN
XQ

Mədəniyyət