Qəzzada humanitar fasilə daha 2 gün uzadılıb

post-img

Qəzza zolağında HƏMAS və İsrail arasında münaqişədə humanitar fasilə ilə bağlı razılaşmanın müddəti daha 2 gün uzadılıb. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari sosial şəbəkədə məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

Bu arada HƏMAS da açıqlamasında Qəzzada humanitar fasilənin daha 2 gün uzadılmasına dair razılığın əldə edildiyi qeyd edilib.

İsrail və HƏMAS arasında münaqişədə dörd günlük humanitar fasilə haqqında razılaşma cümə günü, noyabrın 24-də yerli vaxtla saat 07:00-da qüvvəyə minib.

Razılaşma, HƏMAS-ın saxladığı 50 israillinin müqabilində İsrail həbsxanalarından 150 fələstinli məhbusun azad edilməsini nəzərdə tutur. Azad edilənlər arasında hər iki tərəfdən qadın və uşaqlar da var.

Razılaşma çərçivəsində son üç gündə 40 israilli və 117 fələstinli azad edilib.

P.ƏMİRCANOV
XQ

Dünya