Öskürək – özün əncam çək...

post-img

Öskürək ilin bütün fəsillərində, əsasən də soyuq aylarda kiçikdən-böyüyə hər kəsin əziyyət çəkdiyi sağlamlıq problemlərindəndir. Xalq təbabətində ev şəraitində öskürəyi kəsən reseptlər mövcuddur. Onlardan 3-nün hazırlanma qaydası belədir:

Öskürəyə qarşı balzam: 500 qram xırdalanmış qoz ləpəsi, 300 qram bal, 100 qram aloe şirəsi və 4 limonun suyu qarışdırılır. Uşaqlar üçün 1 çay qaşığı, böyüklər üçün isə 1 xörək qaşığı gün­də 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul etmək məsləhətdir. Məlhəm ös­kürək, bronxit və digər soyuqdəymə problemlərində mükəmməl təsir edir.

Viburnum ilə çay: Şəkər ilə vibur­num (kalina) bir bankaya tökülüb üzə­rinə qaynar su əlavə edilir. Bu canlan­dırıcı içki soyuqdəymə, öskürək və səs tutulmasına kömək edir.

Quru öskürək zamanı: Zövqə görə 50 qram kərə yağı, yumurta sarısı və şəkər qarışdırılır. Gün ərzində 2 dəfə yeməkdən əvvəl 2 çay qaşığı qəbul edilir. Bu, quru öskürəyi yumşaldır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat