Payız çox kövrək fəsildir. Qarşıdan şaxtalı-sazaqlı günlərin gələcəyi ilə bağlı düşüncələr ilin bu günlərində qəlbimizi incəldir. Etiraf edək ki, təbiətin payız libası çox rəngarəngdir.
İndi ətrafımızdakı parklar, bağlar, meşələr öz ömürlərinin payız fəslini yaşayır. Xüsusilə şairlər payızın kövrək ruhunu, ovqatını tez duyurlar, bu dəyişikliklərə həssas yanaşırlar, çox vaxt da düşüncələrini şeir parçalarına çevirirlər.
Bu günlərdə “Facebook”da dostluğumda olan tanınmış şair Həzi Həsənlinin qələmə aldığı payız lövhəsi də diqqətimi cəlb etdi:
İlk baharda gözəl olur təbiət,
Vuruluruq çiçəyə də, gülə də.
Sonbaharda xəzəl olur təbiət,
Payız kimi kövrəlirik belədə..
Görünür, Həzi Həsənli kimi duyğusal şairlər təbiətə bizdən bir köynək yaxındırlar. Rübabın doğma təbiətimiz qədər hər zaman əlvan qalsın, qəlbi kövrək şairim!
Təqdim etdi:
M.HACIXANLI
XQ