Sankt-Peterburq Ulu öndəri yad edib

post-img

Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə klassik musiqi gecəsi təşkil edilib. Musiqi gecəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Sankt-Peterburqdakı Baş Konsulluğu və “Tavriya sarayı”nın birgə təşkilatçılığı ilə baş tutub.

Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında “Tavriya” Beynəlxalq Simfonik Orkestrinin müşayiəti ilə Əməkdar artistlər Elnarə Məmmədova, Regina Rüstəmova, Mariya Teatrının solistləri Məhərrəm Hüseynov və Həmid Abdulovun ifasında Azərbaycan və Rusiya bəstəkarlarının sevilən əsərləri tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Xalq artisti Yalçın Adıgözəlov qeyd edib ki, Ulu ­öndər ­Heydər Əliyev dəfələrlə Sankt-Peterburqda olub, görüşlər keçirib. “Burada Heydər 
Əliyevi çox yaxşı xatırlayırlar. Onların bəziləri həyatdadır və mən onların bir neçəsi ilə görüşdüm, xatirələrimizi bölüşdük. “Tavriya sarayı”nın möhtəşəm salonunda Heydər Əliyevin yubileyi şərəfinə gecədə iştirak etmək mənim üçün böyük şərəfdir”, – deyə dirijor bildirib.

XQ

 

Mədəniyyət