Mixail Qusman: Bakı həmişə kitablar şəhəri olub

post-img

Bakı həmişə kitablar şəhəri olub. Burada həmişə kitabı seviblər. Daim və hazırda da. Bu şəhərdə kitab insanlar üçün çox şey deməkdir. Bakının dünya, Azərbaycan, rus kitablarının ən gözəl nümunələrini sevə-sevə qoruyub saxlayan bu gözəl kitab mərkəzinə (Bakı Kitab Mərkəzi – red.) gəlməyi, burada həmkarlarla, dostlarla, oxucularla görüşməyi arzulayırsan.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində TASS informasiya agentliyi baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Solomonoviç Qusman deyib.

“Bakıda keçirilən beynəlxalq kitab sərgisi çərçivəsində burada olmaq şərəfinə nail olmuşam. Tədbir zamanı oxucularla, kitaba həvəsi itməyən, mənim yaradıcılığıma marağı olan insanlarla görüşüm keçdi. Bu gün bu gözəl, bəlkə də keçmiş sovet məkanında ən yaxşı Bakı Kitab Mərkəzində olmağımdan çox şadam”, - deyə M.Qusman əlavə edib.

Xatırladaq ki, 11-15 noyabr tarixlərində Azərbaycan paytaxtında IX Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.

Mədəniyyət