Xaçmaz şəhərində “Abad məhəllə” salınır

post-img

Xaçmaz şəhərində çoxmənzilli yaşayış binalarının həyətində “Abad məhəllə” layihəsinin icrasına başlanılıb.

Abad məhəllə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən 62, 62a və 64 saylı binaların həyətində salınır.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan ərazidə söhbətgah və oturacaqlar qoyulacaq, uşaq-əyləncə və idman qurğuları quraşdırılacaq, yeni yaşıllıqlar salınacaq.

Yenidənqurma işlərinin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.





Sosial həyat