Volkswagen şirkəti xərclərini azaltdı

post-img

Alman avtomobil istehsalçısı Volkswagen 2026-cı ilə qədər 10 milyard avro dəyərində xərclərini azaldıb.

XQ xarici mediaya istinadən xəbər verir ki, Volkswagenin marka meneceri Tomas Şafer  bildirib ki, qrup 2026-cı ilə qədər kadr xərclərini beşdə biri qədər azaltmağı qərara alıb.

Qeyd edək ki, Volkswagen  marka və  Volkswagen Qrupu personalı da daxil olmaqla təxminən 40 min inzibati personalın çalışdığı, milyardlarla avro qənaətlə bağlı işçi şurası ilə danışıqların davam etdiyi bildirilib.

Volkswagen Qrupunda 19 Avropa ölkəsində və Amerika, Asiya və Afrikada 10 ölkədə 115 istehsal müəssisəsi ilə təxminən 676 min işçi çalışır.

Ayşən Azadova

Son xəbərlər