Türkiyədə ümumi dövriyyə indeksi 64,1 faiz artıb

post-img

Türkiyə Statistika Təşkilatı sentyabr ayı üzrə dövriyyə indekslərini açıqlayıb.

Sənaye, tikinti, ticarət və xidmət sektorlarında dövriyyə indeksi sentyabr ayında illik bazarda 64,1 faiz artdı.  Sənaye sektoru üzrə illik dövriyyə indeksi 55,1 faiz, tikinti dövriyyəsi indeksi 91 faiz, ticarət dövriyyəsi indeksi 68,2 faiz, xidmətlər dövriyyəsi indeksi 61,4 faiz artım olub.

Sentyabrda aylıq bazda 1,3 faiz artım olub. Ümumən, sənaye sektoru üzrə dövriyyə indeksində 0,4 faiz, tikinti dövriyyəsi indeksində 3,2 faiz, ticarət dövriyyəsi indeksində 1 faiz, xidmətlər dövriyyəsi indeksində isə 3,6 faiz artım müşahidə olunub.

Ayşən AZADOVA

Son xəbərlər