Nepal hökuməti TikTok-u qadağan etdi

post-img

Nepal hakimiyyəti ölkədə TikTok sosial şəbəkəsinin qadağan edilməsi barədə qərar qəbul edib.

 XQ xarici mediaya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra Çin tətbiqinin ictimai harmoniyaya mənfi təsirini əsas gətirərək qadağan edilməsi qərara alınıb. Lakin qərarın nə vaxt qüvvəyə minəcəyi hələlik məlum deyil. 

Martın 24-də Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ administrasiyası TikTok sosial şəbəkəsinin rəhbərliyinə inanmır, şirkət ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır.

Ayşən Azadova

Son xəbərlər