“Çağdaş Türkman ədəbiyyatı” Azərbaycanda

post-img

AMEA Ədəbiyyat İnstitutunda “Çağdaş Türkman ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib. Təbirdə tədqiqatçı alim, yazıçı Şəmsəddin Kuzəçi məruzə edib. 

Qazaxıstandan gəlmiş alimlərin də qatıldığı seminarı girş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli aça­raq Türkman və Azərbaycan ədəbiyyatı­nın əlaqələrindən danışıb. Xoryat janrın­da yazılan əsərlərin kərkük ədəbiyyatında xüsusui rolunu vurğulayıb. “Şəmsəddin Kuzəçi Kərkük mövzusunda 73 kitab ya­zıb. İraq–Azərbaycan, Kərkük–Azərbay­can əlaqələrinin inkişafında onun böyük xidmətləri var. Alim Türkiyə ilə qarşılıqlı ədəbi-mədəni əlaqələrin möhkəmləndiril­məsinə də sanballı töhfələr verib”. 

Akademik İsa Həbibbəyli türkman alimlərinin elmi məqalələrindən ibarət ki­tabın çap olunması zərurətini vurğulayıb. Ardınca Şəmsəddin Kuzəçiyə “Azərbay­can–İraq-Türkman ədəbiyyatının tədqiqi və təbliği sahəsindəki görkəmli xidmət­lərinə, Azərbaycan elmi-ədəbi dairələri ilə səmərəli əlaqələrinə görə” Ədəbiyyat İnstitutunun fəxri doktoru diplomu təqdim edilib.

Sonra Şəmsəddin Kuzəçi çıxış edib. O, tədbirin təşkilinə görə təşəkkürünü çatdırıb. İraq türkmanlarının məskun­laşma tarixinə nəzər salan məruzəçi çağdaş türkman ədəbiyyatının ümumi mənzərəsini diqqətə çatdırıb, aparılan tədqiqat işləri barədə ətraflı məlumat ve­rib və hazırda türkman şairlərinin 2 cildlik antalogiyasını hazırladığını qeyd edib. 

Filologiya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Qəzənfər Paşayev görülən işləri təqdir edərək, 12 iyul 2023-cü il tarixində Azərbaycanda İraq-Türk­man Araşdırmaları Şurasının yaradıldığı­nı xatırladıb və şuranın tədbirlər planının artıq hazır olduğunu bildirib.

İraq–Türkman Araşdırmaları Şurası­nın sədri, akademik Teymur Kərimli bu sahədə görülmüş işlərdən bəhs edib, qarşıda duran məsələlərdən söz açıb. 

Seminarda qazaxıstanlı alim Ağmaral İsmaqulova, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, tarix elm­ləri doktoru Güllü Yoloğlu çıxış edərək bu kimi tədbirin gələcək işlərə böyük təkan verəcəyinə inandıqlarını bildiriblər. 

Q.RAMİLƏ
XQ

Mədəniyyət