Məşhur “Amerika azərbaycanlısı” – Cefri Verbok

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan–Amerika mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib.

Məclis Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil edilib.

Əvvəlcə Cefri Verbokun Heydər Əliyevlə görüşü barə­də videoçarx nümayiş olunub, həmin görüşdə qeyd olunan məsələlərin bu gün həqiqətə çevrildiyi, ərazi bütövlüyü­müzün təmin olunduğu və Azərbaycanın dostlarının da bizimlə bərabər qələbə sevin­ci yaşadığı diqqətə çatdırılıb. Cefri Verbokun Azərbaycanla əlaqələrinin tarixi, uzun illər davam edən sarsılmaz dost­luq münasibətləri və ölkəmizi, xüsusilə mədəniyyətimizi, mu­siqimizi dünyada uğurla təbliğ etməsi barədə danışılıb, ame­rikalı musiqiçiyə həsr olunmuş “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmindən fraqmentlər nümayiş etdirilib.

Qivami Rəhimli modera­torluq etdiyi tədbirin bədii his­səsində Cefri Verbokun, Anar İmanovun və Əsgər Əsgərza­dənin ifasında konsert proqra­mı təqdim edilib.

Mədəniyyət