“Himayədar” – Hacı Zeynalabdin Tağıyevin ekran obrazı

post-img

Bakı Media Mərkəzi böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filmi üzərində yaradıcılığı davam etdirir. Milli dəyərlərimizin təbliğinə töhfə verəcək bu böyük layihənin rəhbəri və prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. 

Ekran əsərində XIX əsrin sonu XX əsrin əvvəlində Bakı və bölgədə baş verən mühüm tarixi hadisələr öz əksini tapır. Xatırladaq ki, filmin çəkilişinə bu ilin may ayında başlayıb və 120 çəkiliş gü­nünün artıq 90-ı yekunlaşıb. Serial şək­lində lentə alınanəsər 8 hissədən ibarət olacaq. Layihənin kütləvi səhnələri üçün 1600 nəfər cəlb edilib. Bundan başqa, 70-dən çox məkanda çəkiliş aparılıb və 300-dən çox abidə seçilib. 

Çoxseriyalı filmin gələn il izləyicilərin ixtiyarına verilməsi nəzərdə tutulur. Belə ki, 2024-cü il böyük xeyriyyəçinin vəfatı­nın 100 illiyi tamam olacaq. Ekran işinin tamaşaçılar və kinosevərlər tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir. 

Z.HƏSƏNOVA
XQ



Mədəniyyət