Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında akrobatika gimnastikası üzrə Azərbaycan millisi daha 3 qızıl medal qazanıb.
Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), eləcə də Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük balans, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü isə temp hərəkətlərində birinci yeri tutublar. Bununla da, komandamızın qitə çempionatında qazandığı qızıl medalların sayı 7-yə çatıb.
Qeyd edək ki, bundan əvvəl gimnastlarımız 4 qızıl və 2 gümüş mükafata sahib olmuşdular. Beləliklə, yığmamız yarışı 9 medalla başa vurub.
Leyla SABİRQIZI
XQ

