Taekvondoçularımız Dohada keçirilən Qətər açıq çempionatında 1-i gümüş, 4-ü bürünc medal olmaqla 5 mükafat qazanıblar.
G1 kateqoriyalı yarışda Azərbaycan millisinin üzvlərindən yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) ikinci yeri tutub. Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala sahib olublar.
Leyla SABİRQIZI
XQ

