Tələbə rejissorun  “Ən yaxşı bədii film”i

post-img

Azərbaycanlı rejissor Səməd Ağayevin “Salam İsa” adlı qısametrajlı filmi MDB ölkələrinin beynəlxalq tələbə film festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib olub. Mükafatı dünyaşöhrətli rejissor Emir Kusturiça təqdim edib.

Film Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq ixtisasından bu il məzun olan rejissor S.Ağayevin diplom işidir. Dram və mistika janrında çəkilən filmin ssenarisi Xalq şairi Ramiz Rövşənin “Bir səhər yuxudan durub...” şeirindən ilhamlanaraq real hadisələr və yuxular əsasında yazılıb.

Filmdə baş rolları Rafael Şahbəyli, Əməkdar artistlər Gülşad Baxşıyeva və Ayşad Məmmədov canlandırıb. Filmdə Əməkdar artist Gülər Nəbiyeva, Nicat Əsgərzadə, Sunay Həsən və Səid Məmmədov da oynayırlar.

Qeyd edək ki, MDB ölkələrinin beynəlxalq tələbə film festivalının müsabiqəsində 43 film iştirak edib.

XQ

 

Mədəniyyət