Qarabağda yayım üçün lisenziya verilib

post-img

Audiovizual Şuranın növbədənkənar iclası keçirilib. 

Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Audiovizual Şura “Baku TV” MMC-yə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı “Baku TV”), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə ümumölkə yerüstü radio yayımçısı (radio redaksiyanın adı “Azərbaycan Beynəlxalq Radiosu”) lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edilib.

XQ

Son xəbərlər