Müdafiə Nazirliyinin məlumatı

post-img

Azərbaycan Ordusunun hərbi his­sələrində müddətli həqiqi hərbi xid­mət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edənlər hərbi xid­mətlərini layiqincə başa vuraraq Azər­baycanın Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını təbrik ediblərlər. 

Tədbirlərdə xidmət müddəti ərzin­də icra olunan döyüş tapşırıqlarında fərqlənən bir qrup hərbi qulluqçu müka­fatlandırılıb.

***

Azərbaycan Müdafiə Nazirliyi sent­yabrın 19-20-də keçirilmiş antiterror tədbirlərində şəhid olmuş hərbi qul­luqçuların yeni siyahısını açıqlayıb.

Antiterror tədbirlərində şəhid olmuş daha beş hərbçinin adı Müdafiə Nazirliyi­nin açıqladığı yeni siyahıya əlavə edilib, hazırda siyahıda həlak olan 191 hərbi qulluqçunun adı var.

Qeyd edək ki, lokal antiterror tədbir­ləri zamanı Azərbaycan Silahlı Qüvvələ­rinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Mü­dafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.

Eyni zamanda, lokal antiterror tədbir­ləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

XQ

Son xəbərlər