Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən mərasimdə Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Sırdəryada yaşayan soydaşımız, Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair Əli Nəsirliyə “Dostluq” ordeni verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ötən il imzaladığı Sərəncam oxunub və daha sonra orden Əli Nəsirliyə təqdim edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin 30 avqust tarixli Sərəncamına əsasən Özbəkistanın Xalq artisti Haşimjon İsmayılov, əməkdar artist Kamoliddin Urunbayev də “Dostluq” ordeni ilə təltif ediliblər. Xatırladırıq ki, mükafatlar Haşimjon İsmayılov və Kamoliddin Urunbayevə bu ilin 1-4 avqust tarixlərində Bakıda keçirilən Özbəkistan Mədəniyyəti günləri çərçivəsində təqdim olunub.
Tədbir çərçivəsində həmçinin, diaspora fəaliyyətindəki xidmətlərə görə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya və Mərkəzi Asiya Beynəlxalq İnstitutunun baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Azər Adıgözəlova Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin təşəkkürnamələri verilib.
Qulu Kəngərli
“Xalq qəzeti”nin xüsusi müxbiri
Daşkənd


.jpg)
