Janna Aleksanyan: “İndi Ermənistan ordusunda tam qarışıqlıq hökm sürür”

post-img

 Bu barədə hüquq müdafiəçisi Janna Aleksanyan “Azatutyun” radiostansiyasının efirində bildirib: “Hələ xatırlamıram ki, bir ayda orduda səkkiz ölüm olub. Bir gün ərzində üç insident baş verib, üç nəfər qeyri-döyüş şəraitində həlak olub, Müdafiə Nazirliyi isə susur - nə açıqlama, nə başsağlığı, nə izahat. Bu, onu deməyə əsas verir ki, heç bir əlaqə, cəmiyyət, həlak olanların ailələri qarşısında heç bir məsuliyyət yoxdur".

"Daha çox deyəcəyəm - ümumiyyətlə, Papikyanın (Ermənistanın müdafiə naziri - red.) ordu ilə heç bir əlaqəsi yoxdur. Onun bu vəzifədə qalmasına çox təəccüblənirəm. Əminəm ki, onun orduda baş verənlərlə bağlı məlumatı yoxdur. İfadəyə görə həqiqətən üzr istəyirəm, amma indi orduda qarışıqlıq var, qətiyyən heç kəs əsgərlərin ölüm səbəbləri ilə maraqlanmır”, - deyə Aleksanyan bildirib.

XQ

Son xəbərlər