Filarmoniyada konsert keçiriləcək

post-img

Avqustun 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 111 illiyinə həsr olunmuş konsert keçiriləcək. 

Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edəcək. Solistlər Fatimə Cəfərzadə  və Gülnar Qüdrətli tamaşaçılara öz ifalarını təqdim edəcəklər . 

Proqramda bəstəkarın “Rast” simfonik muğamı, “Arzu” romansı, “Qaragilə” xalq mahnısı və Konsert valsı səslənəcək.

 

Mədəniyyət