"Gəncədə yaxşı nədir, pis nədir?"

post-img

Niyazi Bayramovun qarşısına çıxan sakinə də, xarici qonağa da ilk verdiyi sual budur. 

Qeyd edək ki,  icra hakimiyyətinin başçısı boş vaxt tapan kimi şəhərə çıxır, adamlarla görüşür, onların arzu və təkliflərini dinləyir, Gəncəni necə görmək istədiklərini soruşur. Bu artıq onun bir adətinə çevrilib və özü də deyir ki, gündəlik işinə çox köməyi dəyir. 

Bu dəfə şəhər rəhbəri Polşadan Gəncəyə turist kimi gələn qonaqlarla rastlaşıb və  onların şəhər barədə  fikirlərini öyrənib. 

Polşalı turistlər Gəncə şəhərinin özünəməxsus abu-havasından danışıb, şəhərin mərkəzində olan tarixi abidələrə və müasir tikililərə heyranlıqla baxdıqlarını dilə gətirublər. 

Niyazi Bayramov xarici qonaqlara onları Gəncədə görməkdən məmnun olduğunu bildirib, xoş istirahətlər arzulayıb.

Sosial həyat