Muzdurlar kənd məktəbinin binası yenidən qurulur

post-img

Goranboy Rayon İcra Hakimiyyəti məktəblərin maddi-texniki bazasını daim diqqətdə saxlayır, yeni dərs ili ərəfəsində bu tədris müəssisələrində  aparılan cari təmir-bərpa işləri ilə yerində tanış olur, öz tövsiyələrini verir, lazımi köməklik göstərir.

İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu günlərdə aidiyyəti məsul şəxslərlə birlikdə 300 şagird yerlik Muzdurlar kənd tam orta məktəbində aparılan cari təmir-bərpa işlərinin gedişi ilə yerində tanış olub. Rayon rəhbəri təmir-bərpa işlərini həyata keçirən işçi qrupunun nümayəndələri ilə görüşüb, müvafiq xidmət sahələri tərəfindən lazımi dəstəyin göstərilməsi, həmçinin əlavə olaraq, məktəbin həyətində və ətrafında abadlıq işlərinin aparılması ilə bağlı tapşırıqlar verib. 

Qeyd edək ki, icra hakimiyyəti başçısının səyyar qəbulu zamanı məktəbin təmirə ehtiyacı olduğu bildirilmişdi.

Hamlet Qasımov,

"Xalq qəzeti”-nin bölgə müxbiri











Sosial həyat