Mədəniyyət Nazirliyində Akif İslamzadə ilə görüş

post-img

Avqustun 8-də Mədəniyyət Nazirliyində Azərbaycan estrada sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Akif İslamzadə ilə görüş keçirilib.

Nazir Adil Kərimli bu günlərdə 75 yaşı tamam olan Akif İslamzadəni yubileyi münasibətilə təbrik edib. Sonra ona  Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.

Qeyd edilib ki, Akif İslamzadə ifa üslubu ilə Azərbaycan estrada sənətinin inkişafına, ifaçılıq məktəbinin zənginləşməsinə töhfələr verib. Estrada ifaçılıq sənəti ilə bərabər, xalq mahnılarımızın da ifasında özünəməxsus üslubunu, dəst-xəttini yaradan müğənni xalqın böyük sevgisini qazanıb. Mahnı ifaçılığında özünəməxsus yeri olan Akif İslamzadənin səsində lentə alınan nəğmələr bu gün də sevə-sevə dinlənilir, müğənnilərin repertuarında yer alır.

Akif İslamzadə fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Mədəniyyət