Kitablar nədən danışır?

post-img

Tanınmış tədqiqatçı jurnalist, yazıçı-publisist Vasif Quliyevin nankor ermənilərin kimliyini daha dərindən öyrənib bilmək istəyənlər üçün hazırlayıb nəşr etdirdiyi yeni kitabı “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən” adlanır. 

“Şuşa” nəşriyyatında işıq üzü görən kitabda tərtibçinin tərcüməsində S. Qlinkanın
“Ermənilərin Azərbaycana köçürülməsi”, İlya Çavçavadzenin “Erməni alimləri və fəryad edən daşlar”, Vasil Veliçkonun “Qafqaz” əsərindən “Ermənilər” adlı parça, Vladimir Mayevskinin “Qafqazda erməni-tatar qırğını erməni məsələsinin mərhələlərindən biri kimi” və onun Rusiyanın Ərzurumda baş konsul işlədiyi vaxtlardakı qeydləri toplanıb. Toplunun dahi rus şairi A.S.Puşkinin məşhur ifadəsi ilə adlandırılması uğurlu seçimdir.

Maraqlı cəhət burasıdır ki, kitab ermənilərin öz millətləri ilə bağlı söylədikləri fikirlərdən sitatlarla başlanır. Məhz həmin etiraflar erməni şairi Yegişe Çarenzin: “Bizdə ikiüzlülük ananın bətnində yaranır”, – fikrinin nə qədər doğru olduğunu sübut edir.

Vasif Quliyevin oxuculara təqdim etdiyi bu kitab həm də bir mənbə kimi də çox
dəyərlidi.
***
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Qəmər xanım Cavadlının
ideya müəllifi, tərtibçisi və redaktoru olduğu “Nəsildən nəsilə” kitabı ənənəvi ailə dəyərlərinə önəm verən bir nəslin həyat hekayələrindən ibarətdir. Nəşrdə ötən əsrin əvvəllərində baş verən dəhşətli zəlzələdən sonra Şamaxını tərk edərək Bakıya köçmüş Cavadlılar ailəsinə həsr olunub.

Kitab Qəmər xanımın atası, mətbuat cəfakeşi olmuş Əməkdar mədəniyyət işçisi
Adil Cavadlının 100 illik yubileyi ilə əlaqədar çap olunub. Cavadlılar nəslinin ayrı-ayrı nümayəndələrin də xatırlandığı kitabın təqdimat mərasimində qeyd edildiyi kimi, burada yubilyara daha çox yer verilib. Əvvəlcə “Azərbaycan müəllimi”, “Bakı” və “Baku” axşam qəzetlərində müxtəlif vəzifələrdə çalışmış , sonra isə uzun illər “Kommunist” qəzeti redaksiyasında baş redaktorun 1-ci müavini olmuş Adil Cavadlı mətbuat veteranı kimi özəl məziyyətləri ilə tanınıb. Unudulmaz qələm sahibi dünya malında əsla gözü olmayan, halal, mənəviyyatca təmiz, böyük əxlaq sahibi, nəcib bir insan, peşəkar jurnalist kimi yadda qalıb.

Ə.ƏLİYEV,
“Xalq qəzeti”

Dediyin

10:48 06.08.2023

Daş qazan

10:58 06.08.2023

Mədəniyyət