Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində axşam musiqisevərlər Heydər Əliyev Konqres Mərkəzində növbəti konsert proqramını izləyiblər.
Bakı Kamera Orkestrinin təqdim etdiyi konsert tanınmış pianoçu Bella Davidoviçin 95 illik yubileyinə həsr olunub.
Konsertin birinci hissəsində orkestr Dmitri Sitkovetskinin (Böyük Britaniya) dirijorluğu ilə İohan Sebastyan Baxın “Simlilər üçün 1 nömrəli rəqs süitası”nı təqdim edib.
Konsertin ikinci hissəsində Dmitri Sitkovetski violində Aleksandr Raskatovun violin, simlilər və zərb aləti üçün “V.A.Motsartın həyatından beş dəqiqə”, Arvo Pyartın violin, simlilər və zərb aləti üçün “Qardaşlar”, Bella Bartokun violin və simlilər üçün “Rumın xalq rəqsləri”, Sergey Raxmaninovun simlilər üçün “Vokaliz”, Fikrət Əmirovun “Nizami” simfoniyasından II və IV hissələr, Firəngiz Əlizadənin simlilər üçün “Rəqs”, Leonit Desyatnikovun simlilər üçün “Bukovina mahnıları” əsərlərini ifa edib.
“Xalq qəzeti”